/5.jpg)
2024-cü ildə Caspian Engineering Solutions şirkəti “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda yerləşən müxtəlif texnoloji sahələrdə istismarda olan istidəyişdiricilər, sobayönümlü qurğular, kalonlar, boru xətləri və saxlama tutumları üzərində genişmiqyaslı qumlama, boyama və izolyasiya işlərini müvəffəqiyyətlə icra etmişdir. Layihənin əsas məqsədi bu avadanlıqların korroziyadan qorunması, istilik effekti ilə bağlı enerji itkilərinin qarşısının alınması və uzunmüddətli istismar dayanıqlığının təmin edilməsi olmuşdur.
İşlərin ilkin mərhələsində avadanlıqların üzərindəki mövcud, vaxtı keçmiş və funksionallığını itirmiş izolyasiya qatı peşəkar üsullarla sökülmüş, təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmaqla utilizasiya edilmişdir. Ümumilikdə 16600 m² sahədə köhnə izolyasiya materialları sökülmüş və müasir texnologiyalara uyğun yeni izolyasiya örtüyü ilə əvəz olunmuşdur. Yeni tətbiq olunan izolyasiya sistemi həm istiyə qarşı davamlılıq, həm də sənaye təhlükəsizliyi baxımından beynəlxalq standartlara tam uyğunluğu təmin etmişdir.
/6.jpg)
Bununla yanaşı, sökülmə və təmizləmə işlərindən sonra istidəyişdiricilərin, kalonların, sobaların və boru xətlərinin qumlanması və boyanması işləri həyata keçirilmişdir. Bu mərhələdə səthlər üzərindəki pas, köhnə boya və çirkləndiricilər yüksək təzyiqli abraziv qum vasitəsilə tam təmizlənmiş və daha sonra müvafiq sənaye boyaları ilə örtülmüşdür. Ümumi 8500 m² sahədə qumlama və boyama prosesi tətbiq olunmuş, bununla da avadanlıqların xarici təsirlərə qarşı qorunma qabiliyyəti artırılmışdır.
İşlərin bütün mərhələləri yüksək keyfiyyət standartlarına, texniki təhlükəsizlik qaydalarına və ekoloji normalara uyğun şəkildə, cəmi 30 təqvim günü ərzində uğurla başa çatdırılmışdır. Layihə çərçivəsində istifadə olunan materiallar və texnologiyalar müasir tələblərə cavab verir və “Azərikimya” zavodunun texniki potensialının gücləndirilməsində mühüm rol oynamışdır.
Bu uğurlu layihə Caspian Engineering Solutions şirkətinin sənaye sahəsində kompleks texniki xidmətlər üzrə peşəkarlığını, layihə planlaması və icra qabiliyyətini, eləcə də müştəri məmnuniyyətinə verdiyi önəmi bir daha nümayiş etdirmişdir.