LABORATORİYA VƏ SINAQLAR

 

Caspian Engineering Solutions inşaat və metal konstruksiyalar sahəsində təhlükəsizlik, dayanıqlıq və keyfiyyətin təmin olunması məqsədilə geniş spektrli laboratoriya və sahə sınaqları həyata keçirir. Təklif etdiyimiz xidmətlər vasitəsilə istifadə olunan materialların beynəlxalq standartlara uyğunluğu yoxlanılır, layihənin hər mərhələsində texniki keyfiyyət nəzarəti təmin olunur.

Laboratoriyamız müasir avadanlıqlarla təchiz olunmuşdur və təcrübəli mühəndis heyətimiz vasitəsilə sınaqların dəqiqliyi və etibarlılığı təmin edilir. Biz həm yeni tikililərdə, həm də istismarda olan obyektlərdə konstruktiv elementlərin keyfiyyətini qiymətləndirir, potensial riskləri vaxtında aşkar edirik.