SOCAR "Kompleks qazma işləri" tresti - Qazma Borularının və Müxtəlif Diametrli Keçiricilərin İnspeksiyası (2023-davam edir)

 

2023-cü ildən etibarən Caspian Engineering Solutions olaraq SOCAR-ın “Kompleks Qazma İşləri” Tresti ilə əməkdaşlıq çərçivəsində qazma sahələrində istifadə olunan boruların və keçiricilərin beynəlxalq DS-1 CAT 5 standartına uyğun inspeksiyası xidmətini həyata keçiririk. Bu xidmətin əsas məqsədi qazma proseslərində istifadə olunan avadanlıqların texniki vəziyyətinin dəqiq qiymətləndirilməsi, potensial risklərin vaxtında aşkarlanması və istismar zamanı baş verə biləcək nasazlıqların qarşısının alınmasıdır.

İnspeksiya prosesi çərçivəsində qazma boruları, divarı qalınlaşdırılmış qazma boruları, ağır qazma borularımüxtəlif diametrli keçiricilər peşəkar mütəxəssislər tərəfindən kompleks yoxlamalardan keçirilir. Bu yoxlamalar həm vizual, həm də ölçüsel şəkildə aparılır və boruların səthində mövcud ola biləcək çatlar, deformasiyalar və digər struktur qüsurlar dəqiq şəkildə aşkarlanır. Qeyri-dağıdıcı sınaq metodları tətbiq olunaraq, avadanlıqların daxili və səthaltı hissələrindəki çatlar və metal yorğunluğu da müəyyən edilir. Bu mərhələdə əsasən ultrasəs yoxlamasımaqnit toz üsulu kimi qabaqcıl metodlardan istifadə olunur.

Bundan əlavə, sapla birləşmələrin vəziyyəti, yivli hissələrin uyğunluğu və istismar zamanı yüklənən səthlərin aşınma dərəcəsi də dəqiqliklə analiz edilir. Müvafiq ölçü və mexaniki testlər vasitəsilə avadanlığın DS-1 standartına uyğun olub-olmaması müəyyən edilir və nəticələr rəsmi hesabat formasında təqdim olunur. Hər bir yoxlama nəticəsində avadanlığa “istismara yararlıdır” və ya “yararsızdır” statusu verilir, ehtiyac olduqda isə təmir və ya əvəzləmə tövsiyələri hazırlanır.

Bu xidmət nəticəsində istismar olunan boru və keçiricilərin texniki etibarlılığı təmin edilir, qəza riskləri minimuma endirilir, texniki fasilələr azalır və qazma əməliyyatlarında fasiləsizlik qorunur. Layihə çərçivəsində əldə olunan nəticələr həm təhlükəsizlik baxımından, həm də texniki və iqtisadi səmərəlilik baxımından mühüm əhəmiyyət kəsb edir.

Caspian Engineering Solutions olaraq bu kimi mühüm sənaye layihələrində beynəlxalq keyfiyyət standartlarına uyğun xidmətlər göstərməklə yerli enerji sektoruna mühüm töhfə verməyə davam edirik.