HAOR - Heydər Əliyev adına Neft Emalı Zavodunun Yenidənqurma və Modernizasiya Layihəsi (2017-2023)

HAOR

Caspian Engineering Solutions olaraq, Azərbaycanın enerji sektorunda həyata keçirilən ən strateji təşəbbüslərdən biri olan Heydər Əliyev adına Neft Emalı Zavodunun Modernizasiya və Yenidənqurma Layihəsi (HAOR) çərçivəsində mühüm texniki xidmətləri uğurla yerinə yetirmişik. Layihənin məqsədi zavodun texnoloji imkanlarını müasirləşdirmək, məhsuldarlığı artırmaq və beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına cavab verən mühit yaratmaqdır.

Bu layihə çərçivəsində biz qeyri-dağıdıcı testlər (ultrasonik test – UT, radioqrafik test – RT, maqnit hissəcikləri testi – MT, penetrant test – PT, Vakuum qutu testi, Sərtlik testi - HT, Əlvan Metalların Təyini - PMI ) və dağıdıcı testlər (dartılma, əyilmə, çərtlik qırma , mikro və makro-analiz testləri) vasitəsilə boru xətləri, polad konstruksiyalar və texnoloji avadanlıqların keyfiyyətini yoxlamışıq. Qaynaq sahəsində isə qaynaq prosedurlarının hazırlanması və yoxlanması (WPS və PQR), qaynaqçıların səriştəsinin qiymətləndirilməsi, qaynaq birləşmələrinin vizual yoxlanması ilə yanaşı, qaynaq öncəsi və sonrası istilik işlənməsi (PWHT – Post Weld Heat Treatment) ilə texniki nəzarət işləri icra olunmuşdur.

Bununla yanaşı, layihənin inşaat mərhələsində istifadə olunan beton, qum, çınqıl və digər tikinti materiallarının fiziki-mexaniki xassələrinin yoxlanılması üçün sıxılma testi, sementin keyfiyyətinə dair testlər, möhkəmlik və nəmə davamlılıq testləri, həmçinin torpaq bərkliyi və sıxlığı üzrə sınaqlar və s. bu kimi sınaqlar həyata keçirilmişdir. Bu testlər tikinti konstruksiyalarının dayanıqlılığının və etibarlılığının təmin olunmasına yönəlmişdir.

İnspeksiya xidmətlərimizə həmçinin tikinti və montaj zamanı texnoloji avadanlıqların, metal konstruksiyaların və boru sistemlərinin quraşdırılmasına texniki nəzarət, layihə sənədlərinə uyğunluğun qiymətləndirilməsi və keyfiyyətə nəzarət sənədlərinin hazırlanması daxildir. Bütün proseslər beynəlxalq standartlara əsaslanaraq həyata keçirilmişdir (ASME, ISO, API və s.).

HAOR layihəsindəki iştirakımız, Caspian Engineering Solutions olaraq sahənin qabaqcıl texnologiyalarından və beynəlxalq təcrübədən istifadə edərək təhlükəsiz, effektiv və etibarlı mühəndislik və texniki nəzarət xidmətləri təqdim etməkdə olan imkanlarımızın bariz nümunəsidir. Bizim əsas məqsədimiz tərəfdaşlarımızın layihələrinin uğurla və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsini təmin etməkdir.