Qrunt Sınaqları

 

Caspian Engineering Solutions olaraq, inşaat və mühəndislik layihələrinin təhlükəsizliyini və dayanıqlığını təmin etmək məqsədilə qrunt (torpaq) sınaqları sahəsində peşəkar və etibarlı xidmətlər təqdim edirik.

Qrunt sınaqları torpaq qatlarının fiziki və mexaniki xüsusiyyətlərinin öyrənilməsi üçün mühüm mərhələdir. Bu sınaqlar torpağın daşıma qabiliyyəti, sıxlığı, nəmliyi və digər geotexniki parametrlərini müəyyən etməyə imkan verir. Əldə olunan nəticələr layihə dizaynı zamanı düzgün qərarların verilməsinə, təməl sistemlərinin düzgün seçilməsinə və inşaat prosesində risklərin minimuma endirilməsinə xidmət edir.

Mütəxəssis komandamız və müasir avadanlıqlarımız sayəsində dəqiq, operativ və beynəlxalq tələblərə uyğun nəticələr təqdim edirik. Qrunt sınaqları sahəsindəki təcrübəmiz, tərəfdaşlarımızın layihələrinin uğurla həyata keçirilməsində mühüm rol oynayır.

Xidmətlərimizə daxildir:

·       Plastik limitinin təyini

·       Axma limitinin təyini

·       Dənəvər tərkibin və plastik xırda hissələrinin miqdarının təyini

·       Minimal sıxlığın təyini

·       Qruntun ştamp üsulu ilə yükgötürməsinin təyini

·       Optimal nəmlik və maksimal sıxlığının təyini

·       Təbii nəmliyin təyini

·       Sıxlığın təyini (qum konusu ilə)

·       Yükgötürmənin Kaliforniya üsulu ilə təyini

·       Sahədə yükgötürmənin Kaliforniya üsulu ilə təyini

·       Sıxlığın ölçülməsi (dinamik üsulla)

·       İstilikdə kütlə itkisinin müəyyən edilməsi

·       Qruntun kimyevi sinaqı (xlorid, sulfat ve karbonat tərkibi)

·       Torpağın elektrik və istilik keçiriciliyinin təyini

·       Oksidləşmənin azaldılması potensialının təyin edilməsi

·       Süzülmə əmsalının təyini

·       Üç oxlu sıxılma testi

·       Kəsilmə bucağının təyini

·       Konsolidasiya testi

·       Bir oxlu sıxılmaya qarşı müqavimətin təyini

·       Maksimal sıxlığın təyini

·       Dinamik ştamp üsulla yük götürmə təyini

·       Qruntun orqanik tərkibinin təyini

·       Suda həll olunan duzların təyini

·       Kalsium miqdarının təyini

·       Yüngül çəki tətbiqi testi

·       Kimyəvi və mineroliji tərkibinin təyini

·       Dinamik üsullu statik yükgötürmə testi

·       Dinamik Nüfuzetmə Sınağı

·       Qruntun tərkibinin teyini