
Caspian Engineering Solutions sənaye layihələri üçün tam əhatəli qaynaq mühəndisliyi xidmətləri təqdim edir. Bu xidmətlər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və layihənin texniki təhlükəsizlik, keyfiyyət və davamlılıq tələblərini tam təmin edir.
Təqdim etdiyimiz əsas xidmətlərə aşağıdakılar daxildir:
· Qaynaq Prosedurunun Hazırlanması (WPS) – Müxtəlif material və proseslər üçün qaynaq metodlarının texniki sənədləşdirilməsi.
· Qaynaq Prosedur Kvalifikasiyası (PQR) – WPS sənədlərinin sınaqla təsdiqlənməsi və texniki uyğunluğunun yoxlanılması
· Qaynaqçıların Kvalifikasiyası – Layihəyə cəlb olunacaq qaynaqçıların bacarıq və ixtisas səviyyələrinin qiymətləndirilməsi və sertifikatlaşdırılması.
· Qaynaq və metal birləşmələrinin Termiki Emalı (PWHT) – Gərginliklərin aradan qaldırılması və qaynaq keyfiyyətinin artırılması üçün istiliklə emal prosesi.
Bu xidmətlər vasitəsilə layihələrdə maksimum keyfiyyət, etibarlılıq və texniki nəzarət təmin olunur. Təcrübəli mühəndis heyətimiz müştərinin tələblərinə uyğun fərdi yanaşma ilə xidmət göstərir.