Qeyri-dağıdıcı testlər — materialların, komponentlərin və ya konstruksiyaların daxili və xarici qüsurlarını aşkara çıxarmaq üçün istifadə olunan yoxlama üsullarıdır. Bu metodlar obyektə zərər vermədən onun keyfiyyətini və təhlükəsizliyini qiymətləndirməyə imkan verir.
QDT sənaye sahələrində – o cümlədən neft-qaz, enerji, metalurgiya və tikinti sahələrində geniş tətbiq olunur.
Yoxlamalar zamanı aşağıdakı əsas testlər həyata keçirilir:
· Radioqrafiya Sınağı (RT)
· Ultrasəs Sınağı (UT)
· Maqnit Hissəcikləri ilə Sınaq (MT)
· Rəngli Kapilyar Nüfuz Etmə Sınağı (PT)
· Vizual İnspeksiya
· Kimyəvi Analiz (CA)
· Əlvan Metalın Təyini (PMI)
· Bərklik Sınağı (HT)
· Ferrit Tərkibin Təyini (FT)
· Divar Qalınlıq Ölçmə Testi
· Vakuum Qutu Sınağ (VBT)
· Qazma Borularının İnspeksiyası (DS1 CAT5)