
Caspian Engineering Solutions (CES) sənaye obyektlərində təhlükəsiz, effektiv və müasir texnologiyalara əsaslanan sənaye təmizliyi xidmətləri təqdim edir. Bu xidmətlər müəssisələrin dayanıqlı fəaliyyətini təmin etməklə yanaşı, avadanlıqların istismar müddətini artırır, qəza risklərini azaldır və əməliyyatların fasiləsiz davam etməsinə şərait yaradır.
Sənaye sahəsində aparılan təmizləmə işləri adi təmizləmə proseslərindən fərqli olaraq xüsusi peşəkar bilik, texniki vasitələr və təhlükəsizlik tədbirləri tələb edir. CES olaraq biz, bu sahədə tam ixtisaslaşmış komandamızla birgə aşağıdakı istiqamətlərdə xidmət göstəririk:
· Texnoloji avadanlıqların daxili və xarici səthlərinin təmizlənməsi (reaktorlar, istilik dəyişdiricilər, borular, tanklar və s.)
· Hidrodinamik və kimyəvi təmizləmə üsulları ilə yüksək effektivlik
· Qumlama və yüksək təzyiqli su ilə səthlərin təmizlənməsi
· Tullantıların təhlükəsiz toplanması və utilizasiyası
· İstehsalın dayandırılmadan aparıldığı xüsusi şəraitlərdə təmizlik
· Zərərli maddələrin (korroziya, duz, yağ, gil, pas və s.) aradan qaldırılması
Bu təmizləmə metodları vasitəsilə avadanlıqların daxili səthlərində yığılan çöküntülər və çirklər effektiv şəkildə çıxarılır, istilik keçirmə qabiliyyəti artırılır, enerji sərfiyyatı azalır və texnoloji sistemlərin ümumi səmərəliliyi yüksəldilir.
Biz həmçinin neft-kimya, qaz emalı, enerji istehsalı və digər ağır sənaye sahələrində təmizlik işlərini apararkən beynəlxalq standartlara (ISO, OSHA, API və s.) uyğunluq prinsipini əsas götürürük. Hər bir layihədə təhlükəsizlik və ekoloji tələblər ciddi şəkildə nəzərə alınır.