HAOR – Heydər Əliyev adına Neft Emalı Zavodunun İstehsalat Sahəsində Yerləşən T-30 Tutumunun Dəyişdirilməsi Layihəsi (2024)

 

2024-cü ildə Caspian Engineering Solutions şirkəti Heydər Əliyev adına Neft Emalı Zavodunun 2 nömrəli istehsalat sahəsinə aid 21 saylı CDU/VDU qurğusunda yerləşən T-30 tutumunun yenilənməsi üzrə mühüm texnoloji dəyişdirmə layihəsini uğurla həyata keçirmişdir. Bu layihə, avadanlıqların istismar etibarlılığının artırılması, texnoloji proseslərin dayanıqlılığının təmin olunması və təhlükəsizlik standartlarına uyğunluğun qorunması məqsədi daşıyırdı.

Layihənin ilk mərhələsində zavodun mövcud T-30 tutumu və ona bağlı elementlər peşəkar mühəndis heyətinin nəzarəti altında sökülmüş və 14 ton çəkisində olan bu konstruksiyalar binadan təhlükəsiz şəkildə kənara çıxarılmışdır. Söküntü işləri zamanı ətraf mühitin qorunması, avadanlıqların düzgün utilizasiyası və işçi təhlükəsizliyi prioritet olaraq nəzərə alınmışdır.

Növbəti mərhələdə yeni T-30 tutumu (16 ton) zavod ərazisinə gətirilərək xüsusi texniki vasitələrlə binanın daxilinə çatdırılmış və dəqiq mühəndis hesablamalarına uyğun şəkildə yerinə quraşdırılmışdır. Tutumun yerinə montajından sonra ona bağlı olan bütün texnoloji elementlər – boru xətləri, flans birləşmələri, ölçü cihazları və təhlükəsizlik sistemləri tam uyğunluqla bağlanmışdır.

İşlərin yekun mərhələsində sistemin tam test olunması və funksional yoxlamaları həyata keçirilmiş, avadanlığın istismara tam hazır olduğu sübut edilmişdir. Bütün montaj və sınaq prosesləri sənaye normalarına, beynəlxalq təhlükəsizlik standartlarına və müştərinin texniki tələblərinə uyğun şəkildə həyata keçirilmişdir.

Layihə cəmi 20 təqvim günü ərzində uğurla tamamlanaraq istismara təhvil verilmişdir. Bu sürətli və keyfiyyətli icra, Caspian Engineering Solutions şirkətinin sənaye obyektlərində mühəndislik və montaj sahəsində peşəkarlığını, texniki resurslarını və koordinasiyalı iş prinsipini bir daha təsdiqləmişdir.