HAOR – Reaktor Daxili Metal Örtük Hissələrinin Təmiri və Yararsız Hissələrin Dəyişdirilməsi Layihəsi (2024)

 

2024-cü ildə “Heydər Əliyev adına Neft Emalı Zavodu”nun texnoloji infrastrukturunda baş tutan genişmiqyaslı yenidənqurma işlərindən biri, Caspian Engineering Solutions şirkətinin uğurla həyata keçirdiyi reaktor və boru sistemlərinin əsaslı təmiri və modernizasiyası olmuşdur. Bu layihə, zavodun kritik proses xətləri ilə yanaşı, R-301 seriyalı reaktorların daxili qoruyucu örtüklərinin yenilənməsi və texniki davamlılığının artırılması məqsədi daşıyırdı.

Layihə çərçivəsində məhsul, buxar, texniki su, yanğın suyu, soyutma suyu və soba sistemlərinə aid daxili və xarici borular əhatəli texniki yoxlamadan keçirilmişdir. Nəticədə, istismar müddətini başa vurmuş və potensial risk yaradan seqmentlər sökülərək, ümumilikdə 18000 WDI həcmində boru elementləri yeni materiallarla əvəz olunmuşdur. Boruların dəyişdirilməsi yerində qaynaq, sızdırmazlıq testləriNDT nəzarəti ilə icra olunmuşdur.

İşlərin texnoloji baxımdan ən mürəkkəb hissəsi R-301.1/2/3/4 reaktorlarının daxili sahələrində və bunkerlərində yerləşən qoruyucu metal örtüklərin dəyişdirilməsi idi. Reaktor daxilində 25 m², bunkerlərdə isə 250 m² sahədə zədələnmiş bimetal və paslanmaz təbəqələr tamamilə sökülmüş, onların yerinə yüksək istilik və kimyəvi yüklənməyə davamlı yeni metal təbəqələr qaynaq olunaraq montaj edilmişdir. Bu örtüklər, reaktorların həm daxili struktur dayanıqlığını, həm də proses sabitliyini qorumaq baxımından əsas rol oynayırdı.

Layihənin bütün mərhələləri – təftiş, söküntü, montaj və test işləri – cəmi 30 təqvim günü ərzində tamamlanmışdır. Bu, Caspian Engineering Solutions komandasının sürətli qərarvermə, texniki peşəkarlıqəməkdaşlıq sinxronizasiyası sahəsində nə qədər çevik və effektiv olduğunu bir daha göstərmişdir.

Bu təmir prosesi təkcə mövcud sistemlərin bərpası deyil, eyni zamanda zavodun texnoloji davamlılığını uzunmüddətli təmin edən strateji modernizasiya tədbiri kimi qiymətləndirilir.