/1.jpg)
2023-cü ildə Heydər Əliyev adına Neft Emalı Zavodunun (HAOR) ərazisində yerləşən T-710 №-li 20000 m³-lük çənin daxilində genişmiqyaslı demontaj işləri uğurla icra edilmişdir.
Layihə çərçivəsində aşağıdakı işlər həyata keçirilmişdir:
Çənin üzən damının peşəkar şəkildə sökülməsi
Daxili borulama sisteminin tam şəkildə demontajı
Çən daxilindəki köhnə konstruksiyaların təhlükəsizlik qaydalarına uyğun olaraq yerindən çıxarılması və utilizasiyası
Bu texnoloji proseslər bütün müvafiq sənaye təhlükəsizliyi və keyfiyyət standartlarına uyğun şəkildə, cəmi 15 təqvim günü ərzində uğurla tamamlanmışdır.
/1.jpg)
İşin vaxtında və yüksək dəqiqliklə yerinə yetirilməsi, komanda şəklində işləmə bacarığımızı və iri həcmli texniki-demontaj layihələrinin icrasında olan təcrübəmizi bir daha nümayiş etdirmişdir.