Şah Dəniz Yatağının Tam Həcmli İşlənməsi layihəsi Mərhələ-2 (Şah Dəniz Mərhələ-2)

 

Şah Dəniz Mərhələ-2 layihəsi Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biri olan Şahdəniz yatağının genişləndirilmiş inkişaf mərhələsidir və ölkənin enerji ixrac potensialını artırmaq baxımından strateji əhəmiyyətə malikdir. Caspian Engineering Solutions şirkəti olaraq, bu mühüm layihədə inşaat işləri ilə bağlı 3-cü tərəf yoxlama xidmətləri təqdim etmişik. Xidmətlərimiz çərçivəsində qrunt, sement və asfaltla bağlı müxtəlif laborator və sahə testləri həyata keçirilmiş, tətbiq olunan materialların keyfiyyəti və uyğunluğu beynəlxalq standartlara əsasən qiymətləndirilmişdir. Aparılan yoxlamalar tikinti proseslərinin təhlükəsiz, dayanıqlı və yüksək keyfiyyətlə icrasına töhfə vermişdir. Peşəkar komandamızın dəstəyi ilə layihənin inşaat mərhələsi müvəffəqiyyətlə və standartlara uyğun şəkildə tamamlanmışdır.