Ələt Azad İqtisadi Zonası (AFEZ) Faza 2 layihəsi

 

Ələt Azad İqtisadi Zonası (AFEZ) Azərbaycanın strateji iqtisadi inkişaf mərkəzlərindən biridir və ölkənin qeyri-neft sektorunun genişlənməsində mühüm rol oynayır. AFEZ-in Faza 2 mərhələsi yüngül sənaye və logistika sahələrinə yönəlikdir və davamlı inkişaf prinsiplərinə uyğun olaraq tikinti və infrastruktur işləri həyata keçirilir.

Caspian Engineering Solutions olaraq, bu önəmli layihədə 3-cü tərəf inspeksiya, Keyfiyyətə Nəzarət və Keyfiyyətə Zəmanət xidmətləri göstərmişik. Xidmətlərimiz çərçivəsində inşaat, metal konstruksiya və qaynaq işlərinin keyfiyyətli və standartlara uyğun şəkildə icrasını təmin etmək məqsədilə genişmiqyaslı test və yoxlamalar aparılmışdır. İşlərin hər mərhələsində yüksək peşəkarlıqla davamlı monitorinq həyata keçirərək, layihənin təhlükəsizliyi və uzunmüddətli dayanıqlığı təmin edilmişdir.

Bu xidmətlər sayəsində AFEZ Faza 2 layihəsi yüksək standartlarla tamamlanmış və Azərbaycanın sənaye potensialının artırılmasına töhfə vermişdir.